ABŞ hökuməti Ukraynanı maliyyələşdirməyi dayandırmalı və diqqətini ölkənin daxili problemlərinə yönəltməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ senatoru Tommi Tubervilla “Fox News” üçün məqaləsində bildirib.

Senator xatırladıb ki, ABŞ artıq Ukraynaya təqribən 120 milyard dollar göndərib və bunun müqabilində yalnız uzunmüddətli münaqişə alıb, daha 60 milyard dollar isə bu münaqişənin sona çatmasına kömək etməyəcək.

“Mən Ukraynaya bir sentə də səs verməmişəm və buna başlamaq fikrində deyiləm”, - o deyib.

Tubervilla həmçinin qeyd edib ki, Vaşinqtonun köçürdüyü bütün pullar Rusiyanın təcrid olunmasına kömək etməyib, ona görə də Ukraynaya yeni yardım paketinin heç bir mənası yoxdur.

“Müdafiə podratçılarımızı zənginləşdirmək üçün uzaqlarda insanları öldürməyə davam etməliyik fikri iyrəncdir”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl ABŞ Konqresinə Arizona ştatından Respublikaçılar Partiyasının namizədi Ketlin Uin bildirib ki, ABŞ həddindən artıq yardım alan Ukraynanı maliyyələşdirməyi dayandırmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN