Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşava İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının vurduğu ziyana görə Berlindən təzminat ala bilməyəcək.

Tezadlar.az xəbər verir ki, siyasətçi bu barədə yerli mətbuata müsahibəsində bildirib.

Bundan əvvəl Polşa rəhbərliyi dəfələrlə Almaniyadan təxminən 1,3 trilyon dollar məbləğində təzminat tələb edib. Buna nail olmaq üçün ölkə diplomatları hətta kömək üçün amerikalılara müraciət etsə də, polyakların səyləri nəticə verməyib.

Varşavanın iddialarına cavab olaraq, Almaniya hakimiyyəti 1945-ci il Potsdam Konfransı zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq Berlinin müharibədən sonrakı illərdə bütün lazımi təzminatları ödədiyini və Polşanın şərqdə itirdiyi bölgələrə kompensasiya verildiyini qeyd edib.

“Təəssüf ki, hüquqi mövqe elədir ki, təzminat almaq mümkün olmayacaq”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri etiraf edib, “Məsələ bağlanıb”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN