Birləşmiş Ştatlar Yəmənin Husi qiyamçı hərəkatı “Ənsar Allah”a qarşı sanksiyalar tətbiq edib.

Tezadlar.az xəbər verir ki, Amerika Maliyyə Nazirliyinin saytında dərc olunmuş sənədlərdən belə çıxır.

Sanksiya siyahısına daxil edilməsi Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasına qadağa qoyulmasını nəzərdə tutur.

Qəzza zolağında münaqişə qızışdıqca husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və Fələstin anklavında əməliyyat dayanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq ediblər. Pentaqonun daha əvvəl bildirdiyi kimi, keçən il noyabrın ortalarından bəri yəmənli üsyançılar onlarla mülki gəmiyə hücum edib.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN