Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi çeçen müxalifətçilərinin və respublikada yaşayan terrorçuların qohumlarının, o cümlədən separatçıların lideri Coxar Dudayevin (1944-1996) qardaşı oğlu, 18 yaşlı Mansur Dudayevin deportasiya edilməsi planları barədə xəbərləri təkzib edib. İdarə mərkəzlərdən birində çəkildiyi iddia edilən müvafiq nəşrləri və fotoşəkilləri həqiqətə uyğun olmayan adlandırıb.

“Müxtəlif elektron mediada spekulyasiya mövzusuna çevrilən fotoşəkillərin yoxlanılması nəticəsində onların Türkiyədəki deportasiya mərkəzlərinin heç birində çəkilmədiyi müəyyən edilib”, - deyə məlumatda bildirilir.

“Çeçen qaçqınların deportasiyası planları” və onların İstanbuldakı deportasiya mərkəzində saxlanması ilə bağlı xəbərlər bir sıra KİV-lər, xüsusən də “Yeni Akit” qəzeti tərəfindən İnsan Haqları Dərnəyinin hüquqşünaslarının 13 fevral tarixli müvafiq bəyanatına istinadən yayılıb. Müxalifətdəki Səadət Partiyasından olan millət vəkili Səlcuk Özdağ Türkiyə parlamentini bu nəşrləri araşdırmağa çağırıb, deportasiya mərkəzlərini ziyarət edəcəyini vəd edib.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN