Bryanskın Sovetski Rayon Məhkəməsi yeni il ərəfəsində rus pasportunu yandıran bloger qızın ev dustaqlığının müddətini aprelin 5-dək uzadıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

“Məhkəmə Hoffmanın ev dustaqlığının müddətini aprelin 5-dək uzadıb”, - deyə məlumatda bildirilir.

Moskva sakini Yevgeniya Hoffman Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində (xuliqanlıq motivləri ilə qəsdən sağlamlığa orta ağır zərər vurma) və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 329-cu maddəsində (Rusiya Federasiyasının dövlət gerbinin təhqir edilməsi) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur.

Yanvarın 1-də səhər saatlarında Bryanskda əyləncə klubunun yaxınlığında bloger rus pasportunu yandırıb. Hadisə lentə alınıb.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN