Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüs və təşkilatçılığı ilə Qardabani bələdiyyəsinin Muğanlı kəndində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbir keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə 24news.ge  məlumat yayıb.

Tədbirdə ittifaqın Marneuli və Qardabanidan olan idarə heyətinin üzvləri, eləcə də digər müəllimlər, gənclər və məktəblilər iştirak ediblər. Mərasim Xocalıda həlak olan dinc sakinlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra çıxış edən ittifaqın idarə heyətinin üzvü, Marneuli rayonu 1 saylı Təzəkənd ictimai məktəbinin müəllimi Adilə Alıqızı Xocalı faciəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. O, bu cür hadisələrin Gürcüstanın Abxaziya bölgəsində də dinc insanlara qarşı törədildiyini diqqətə çatdırıb. İttifaqın idarə heyətinin üzvü, Qardabani bələdiyyəsinin Muğanlı ictimai məktəbinin direktoru Dilarə Abazova öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. Onu da bildirək ki, tədbir zamanı məktəblilər və gənclər Xocalı faciəsinə həsr edilmiş müxtəlif şerlər səsləndiriblər

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA