Orel şəhərinin Sovetski rayon məhkəməsi şəhər merinin birinci müavini Vadim Niçiporovu ev dustaqlığına məhkum edib.

Bu barədə “Vkontakte”-də Oryol vilayətinin rayon məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

“Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib və təqdim olunmuş materialları araşdıraraq, təqsirləndirilən Niçiporov barəsində 2024-cü il avqustun 16-dək iki ay müddətinə ev dustaqlığı növündə qətimkan tədbiri seçib”, - bəyanatda deyilir.

Aydın olur ki, Niçiporov vəzifə səlahiyyətlərindən sui-istifadədə cinayət işi üzrə təqsirləndirilir.

Xatırladaq ki, Orel şəhərinin birinci vitse-meri iyunun 17-də saxlanılıb. İlkin olaraq onun sahibkarlığa mane olmaqda ittiham olunduğu bildirilirdi.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA