29 iyun 2024-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışına yekun vurulub.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, 14 dövlət qurumundan 34 əməkdaş (18 kişi və 16 qadın) şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı kapitan Əzizə Lalayeva yüksək nailiyyət əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında Əzizə Lalayeva 10 metrlik məsafədən hədəfi düzgün nişan alaraq bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

2 iyul 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşla görüşərək, qazandığı nailiyyətə görə onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN