Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əyyar Ələkbərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 20 kiloqram olan 12 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təşkil edən Xəyal Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, X.Məmmədovdan 6 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 178 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırma aparılır.

***

Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü Xəyal Məlikov və 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqram narkotik vasitə marixuana, heroin, tiryək və 35 ədəd ekstazi həbi aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər.

u

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

***

Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdilir.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata  keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev saxlanılıb.  Onların yaşadıqları evlərin həyatyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib.  Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

w

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan  daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

w

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

***

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Cabir Məmmədov, Məhərrəm Cəbiyev və Yusif Məmmədov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, C.Məmmədov və Y.Məmmədovun yaşadıqları evin həyətyanı sahələrində, M.Cəbiyevin isə Darquba kəndi ərazisində əkin sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 20 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN