Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Baş prokuroru Ali Bin Fadhel Al-Buainainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, K.Əliyev Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi, hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə ətraflı məlumat verib.

Bəhreyn Krallığının Baş prokuroru Ali Bin Fadhel Al-Buainaini Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edərək qarşıda duran mühüm tədbirlərin Baş Prokurorluq tərəfindən müvəffəqiyyətlə keçiriləcəyinə əminlik ifadə edib.

Sonra qonaq Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN