Narkobaron İsmael “El Mayo” Zambada Qarsiyanı Meksikadan Amerika tərəfinə “Sinaloa” narkokartelinin qurucusu Xoakin Qusman Lopezin oğullarından biri təhvil verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) araşdırma ilə tanış olan mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Qusman Amerika kəşfiyyat xidmətləri ilə əvvəlcədən razılaşıb ki, o, “El Mayo” ilə ABŞ-ın Texas ştatındakı El Paso hava limanına enəcək. Eyni zamanda, narkobaron onların birgə uçuşunun Meksikanın şimalında deyil, ABŞ-da bitəcəyindən şübhələnmirdi.

Qəzetin mənbəsinin qeyd etdiyi kimi, Qusman narkotik ticarəti karyerasının qəddarlıqla sona çatmasından qorxduğu üçün bundan qaçmağa çalışıb.

Bundan əvvəl Kornell Universitetinin amerikalı alimləri narkotik ticarətinin ətraf mühitə təsirini araşdırıblar. Məlum olub ki, kokain ticarəti onlarla köçəri quş növünə xeyli ziyan vurur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA