Polis Sankt-Peterburq supermarketində 13 yaşlı məktəbli qızı boğaraq öldürən 59 yaşlı kişini saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə avqustun 29-da axşam saatlarında baş verib. Morskaya sahilindəki supermarketdə kişi məktəbli qıza hücum edib.

"Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis əməkdaşları ticarət obyektində 59 yaşlı kişi ilə 13 yaşlı yeniyetmələr arasında münaqişə olduğunu müəyyən ediblər", - məlumatda deyilir.

Şöbədən verilən məlumata görə, kişi onlara irad bildirib, qız buna həyasızcasına cavab verib, bundan sonra ona hücum edib. Məktəbli qız həkimə müraciət etməyib. Hücum edən şəxs istintaq üçün polis şöbəsinə aparılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA