Polşa prezidenti Anjey Duda Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın “Bankier” nəşri məlumat yayıb.

Duda İkinci Dünya Müharibəsinin başlanmasının ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib. O qeyd edib ki, polyaklar baş verənləri xatırlasalar da, ağrı hiss etsələr də, almanları bağışlayıblar. Nasist rejimindən şəxsən əziyyət çəkən on minlərlə Polşa vətəndaşı hələ də sağdır.

"Bağışlamaq və günahı etiraf etmək bir şeydir, amma təzminat başqa şeydir", - Duda deyib.

Onun sözlərinə görə, müharibədən onilliklər keçsə də, kompensasiya məsələsi həllini tapmayıb. Əgər “kimsə kiməsə zərər vurubsa”, zərərçəkmişlərə kompensasiya şəklində aşkar nəticələr olmalıdır.

Avqustun əvvəlində Polşa Prezidentinin Aparatının rəhbəri Malqorzata Paprocka Berlinin təzminat ödəməyə getdikcə daha az vaxtının olduğunu bildirib.

2022-ci ildə Qanun və Ədalət partiyasının rəhbəri Kaçinski bildirib ki, Berlin polyaklara 1,3 trilyon dollar ödəməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA