III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaşı Uilyam ondan üzr istəyəndən sonra ailəyə kömək etməyə razı olacaq.

Tezadlar.az xəbər verir ki, qardaşlar arasındakı münasibətlər Harrinin kral ailəsinin üzvü rolundan imtina edərək həyat yoldaşı Meqan Markl ilə birlikdə ABŞ-a köçdükdən sonra pisləşib. 2023-cü ildə şahzadə qohumları haqqında mənfi danışdığı "Ehtiyat" kitabını nəşr etdirib.

Xatirələr yayımlandıqdan sonra şahzadə Uilyam bildirib ki, indi ailə Harrini geri qayıtsa belə, qəbul etməyəcək. Avqustun sonunda onlar bir ildən sonra ilk dəfə əmiləri Baron Robert Fellovs-un anım mərasimində görüşüblər.

Şahzadə Harriyə yaxın olanlar isə öz növbəsində qeyd edirlər ki, o, kral ailəsinin üzvü kimi öz vəzifələrini davam etdirməyə həvəsli deyil, lakin atası ondan xahiş edərsə, yardım göstərməyə qarşı deyil, - “Daily Mirror” xəbər verir.

Daha əvvəl bildirilmişdi ki, Şahzadə Uilyam Harrinin gələcək tacqoyma mərasimində iştirakını istəmir. Eyni zamanda, həm Şahzadə Harri, həm də kralın kiçik qardaşı, daha əvvəl böyük bir qalmaqala qarışmış Şahzadə Endryu, III Çarlzın tacqoyma mərasimində iştirak etdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA