Astara Gömrük İdarəsinin təşəbbüsü ilə Lənkəranda “BEST-TARM” QSC-də görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüş xarici ticarət iştirakçılarının gömrük sistemində həyata keçirilən yeniliklər və təkmilləşdirilmələr barədə məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Gömrük əməkdaşlarına müəssisənin fəaliyyəti, istehsal etdiyi məhsullar barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində istehsal prosesi əyani şəkildə izlənilib, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN