Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-a səfər çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunan görüşdə iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, Ramin Məmmədov görüş zamanı Azərbaycandakı sağlam dini mühit,  nümunəvi birgəyaşayış ənənəsi haqqında danışaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, tolerant və multikultural dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlərə toxunub. Bildirib ki, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir. Ölkəmizdə müxtəlif dinlərə aid dini ibadət yerlərinin inşasına, dini abidələrin qorunmasına və bərpasına  xüsusi diqqət göstərilir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu unikal tolerantlıq mühitinin möhkəmlənməsi, bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir.

Görüş iştirakçıları Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğıdan, eyni zamanda  dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəklədiklərini vurğulayıblar.

Eyni zamanda bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq müzakirə olunub, tədbirin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin Dinlərarası və Beynəlxalq əlaqələr üzrə direktorları Conatan Ammons, Castin Hardinq, Müsəlman İcması Mərkəzinin rəhbəri Salman Məsud, Efiopiya Pravoslav Kilsəsi icmasının rəhbəri Leul Mengistu, İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun rektoru Muxammadolim Muxamadsidikov,  İmam Buxari Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin direktoru Şovosil Ziyodov iştirak ediblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN