Pilot "Vaqnerian" Ukrayna ərazisinə bombaları necə atdığını və Rusiya Federasiyasının bunun üçün nə qədər ödədiyini söyləyib...

Tezadlar.az Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinə istinadla bildirir ki, "Vaqner PMC"-dən olan rus muzdlu pilotu Ukraynada üç gün döyüşə bilib, bundan sonra  ukraynalı müdafiəçilər tərəfindən vurulub, əsir düşüb. Belə ki, mayor Andrey Fedorçukovun iyunun 14-də ilk döyüş atışını etdiyi, iyunun 17-də isə əsir düşdüyü bildirilir.
İndi o, Ukrayna DTX-ya Ukraynaya necə bomba atdığını danışır. Eyni zamanda, o, özünə haqq qazandırmağa çalışır və deyir ki, söhbət yalnız “istehkamlara zərbələr endirməkdən, düşmən qüvvələrinin və canlı qüvvənin toplanış yerlərini vurmaqdan” gedirdi. O, video etirafında gündə 1-2 uçuş həyata keçirdiyini danışır. Pilot onu da deyib ki, muzdlular ayda 200 min rubl və növbələrin sayı və "səmərəliliyi" üçün isə əlavə mükafatlar alırlar.

İyunun 18-də Zaporojtsev adına Ukrayna 72-ci motoatıcı briqada Rusiyanın Su-25 təyyarəsinin “İqla” zenit-raket kompleksindən vurulması barədə məlumat yaymışdı.
Vurulan Rusiyaya məxsus Su-25 hücum təyyarəsinin pilotu paraşütlə yerə eniş edib və əsir götürülüb. Dindirmə zamanı məlum olub ki, o, "Vaqner PMC"-də muzdlu qaydada işləyir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA