Rusiya prezidenti Vladimir Putin “hamı yerli mal alsın, xeyir Rusiyaya qalsın” prinsipindən çıxış edərək, rusları yerli istehsal olan malları almağa çağırıb.

O, bunu Gənc Alimlərin II Konqresinin iştirakçıları ilə görüşdəki çıxışında bildirib. “Mən bunu həmişə deyirəm, bir daha təkrarlayacağam: Rusiya mallarını alın”, -deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı müharibə səbəbindən Avropa İttifaqı RF-yə 8 sanksiyalar paketini işə salıb. Artıq Avropa Komissiyası 9-cu sanksiyalar paketinin də hazırlığını görür. Və təbii ki, minlərlə sanksiya Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyib, həmçinin 300 milyard avroluq aktivləri də xarici banklarda bloklanıb. Sanksiyalardan rusiyalı milyarderlər də zərər çəkib. Onların indiyədək təqribən 14 milyard avro vəsaiti dondurulub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA