Bu ilin yanvar-iyun aylarında ölkə üzrə 2 887,7 hektar sahədə tütün əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 456,8 hektar və ya 18,8 faiz çoxdur.

TEZADLAR.AZ  Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə 882 ton tütün istehsal edilib. Bu, ötən ilin ilk 6 ayının göstəricisini 6,9 faiz üstələyir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin yanvar-iyun aylarında ölkəyə idxal olunan tütün və tütün məmulatlarının dəyəri bir il öncəki göstəriciyə nisbətən 16,55 milyon ABŞ dolları və ya 40,9 faiz artaraq 57 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 6 ayında tütün və tütün məmulatlarının idxalı ölkənin ümumi idxalının 0,7 faizinə bərabər olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN