Qıtlıq riski səbəbindən xam neftin qiymətlərinin yaxın perspektivdə artacağı proqnozlaşdırılır.

Tezadlar.az xəbər verir ki, bu barədə Goldman Sachs analitiklərinə istinadən CNBC yazır.

"İlin ikinci yarısında tələbin kifayət qədər güclü artımını gözləyirik, üçüncü rübdə kəsir gündəlik demək olar ki, iki milyon barelə qədər genişlənəcək, çünki tələb bütün zamanların ən yüksək həddinə çatacaq", - investisiya bankının neft araşdırmalarının rəhbəri Daan Struven bildirib.

Goldman Sachs proqnozlaşdırır ki, Brent markalı neftin cari qiyməti təxminən 80 dollar/bareldən ilin sonuna kimi 86 dollar/barelə yüksələcək.

Analitik qeyd edib ki, kəsirin səbəblərindən biri bu ilin sonuna kimi ABŞ-da neft hasilatının artımının ləngiməsi olacaq. “Biz ABŞ-ın xam neft tədarükünün artımının əhəmiyyətli dərəcədə yavaşlayaraq gündə cəmi 200 barelə çatacağını gözləyirik”, - deyə Struven əlavə edib.

O, ölkədə aktiv neft buruqlarının və qazma qurğularının sayında azalmaya işarə edib - bu yaxınlarda 2022-ci ilin sonundakı pik nöqtəsindən 15 faiz aşağı, 16 ayda ən aşağı səviyyəyə çatıb.

Ekspert hesab edir ki, neftə uzunmüddətli tələblə bağlı qeyri-müəyyənliyin davam etməsi də bazardakı vəziyyətə təsir edəcək. G20-nin enerji nazirləri Hindistanda həftəsonu keçirilən iclasda təmiz enerji keçidini çətinləşdirən qalıq yanacaqlardan uzaqlaşma ilə bağlı razılığa gələ bilmədilər.

Beynəlxalq Enerji Agentliyi (BEA) iyun ayında qlobal neft tələbinin 2023-cü ildə gündəlik 2,4 milyon barel artacağı ilə bağlı proqnozunu açıqlayıb. Bu, ötən il qeydə alınan artımdan sutkada 100 min barel çoxdur.

Bundan əvvəl Etibarlı Tərəfdaş Assosiasiyasının (Enerji Resursları İstehsalçıları və Satıcıları Assosiasiyası) Müşahidə Şurasının sədr müavini Dmitri Qusev 2023-cü ilin avqustunda neftin bir barel üçün 90 dollara qədər bahalaşa biləcəyini bildirmişdi. Ekspert OPEC+ ölkələrinin tədarükün daha da məhdudlaşdırılmasını və Asiyada xammala tələbatın artmasını xammalın qiymətinin qalxması şərtləri adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN