Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, Rusiya və Türkiyə arasında ikitərəfli taxıl sazişinin bağlanması ehtimalı var.

Bu barədə “Lenta.ru” xəbər verir.

“Bizim Türkiyə ilə çox sıx əlaqələrimiz, ənənəvi qarşılıqlı əlaqələrimiz var. Biz də hazırda onlarla əlaqə saxlayırıq və hazırkı vəziyyətdə nə edəcəyimiz barədə fikir mübadiləsi aparırıq”, - diplomat yeni sazişin bağlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

İyulun 17-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya taxıl sazişindən çıxır, lakin Moskvanın şərtləri yerinə yetirilərsə, geri qayıda bilər. Buna cavab olaraq Ukrayna Türkiyəyə taxıl müqaviləsini Rusiya Federasiyasının iştirakı olmadan uzatmağı təklif edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN