2022-2023-cü illərdə Aqrar Sığorta Fondu tərəfindən Qazax-Tovuz regionundakı fermer və təsərrüfatlara 205 min manatdan artıq sığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığorta ilə bağlı Qazaxda keçirilən regional tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb və nəticədə bu il sığorta ödənişlərinin daha da artacağı gözlənilir.

Hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başlanılacaq, artıq Fond bununla bağlı zəruri ehtiyatları yaradıb.

F.Sadıqov həmçinin bildirib ki, qarşıdakı illərdə ölkədə dəmyə ərazilərində taxıl əkinlərinin quraqlıqdan sığortalanması ilə bağlı işlər aparılır. O, fermerləri aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamağa, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.

 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA