2024-cü ilin əvvəlindən ölkəmizdən Rusiyaya 900 min ədəddən çox yumurta ixracı olunub.

Belə ki, yanvarın 13-14-də Azərbaycandan Rusiyaya 55,72 ton (918 min ədəd) həcmində növbəti yumurta partiyası tədarük edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, göndərilən yumurta yükü müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə nümunələr götürülüb.

Ümumilikdə isə 19 dekabr 2023-cü il tarixindən indiyədək Azərbaycandan Rusiyaya 2,1 milyon ədəd yumurta tədarük edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA