Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olundu.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib. Bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspert həmin güzəştin nədən ibarət olduğunu da izah edib.

 “Bu o deməkdir ki, məsələn, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə, bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki yeni dəyişikliklər ilə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb”, - o qeyd edib.

Həmçinin iqtisadçı diqqətə çatdırıb ki, dəyər zəncirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir, eləcə də növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA