Azərbaycanın innovativ brendi "ASAN Xidmət" qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat

"StartupBlink" tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.

"Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. "ASAN Xidmət" heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk", - nazir əlavə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA