Ötən il SİF-in güzəştli kredit ayırdığı layihələrin sayı açıqlanıb.

***

2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.

 TEZADLAR.AZ xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu kreditlər 3000-dən çox yeni iş yerinin yaranmasına imkan verib.

Həmin kreditlərin 46,4 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 43 faizi sənaye məhsullarının istehsalı və emalı, 5,5 faizi xidmət sahələri, 4,5 faizi turizmin inkişafı layihələrinə yönəldilib.

Güzəştli kreditlərin 72 faizi regionların, 28 faizi isə Bakı və Abşeron iqtisadi rayonunun payına düşür.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA