2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. 

O, vurğulayıb ki, ÜDM-də qeydə alınan 1.1 faiz artım da məhz enerjidən kənar sektorlar hesabına reallaşıb.

İqtisadçı həmçinin diqqətə çatdırıb ki, əvvəlki illə müqayisədə ötən il neftin qiymətində də azalma baş verib.

“Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.

Oxşar mənzərə sənayedədir. 2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb.

Neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır. Qeyd edək ki, “Brent” markalı neftin 1 barrelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub”, - deyə bildirib.

Vüqar Bayramovun sözlərinə görə, 2023-cü ilin makro-iqtisadi yekunları bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşdirilməsinin əhəmiyyətini göstərir.

“Bu il Azərbaycan üçün yeni dövrün başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu, neftdən asıllığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır”, - iqtisadçı-ekspert izah edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA