Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

  1. IDEA İB üzvü- Ağayeva Zərxanım Tofiq qızı
  2. “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri - Sultan-zadə Firuzə Vəhdət qızı
  3. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri - Yusifov Elman Fərhad oğlu
  4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü- Əsgərov Elşad Köçəri oğlu
  5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü- Məmmədov Amin Fəramiz oğlu
  6. “Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü- Abbasov Rövşən Xanış oğlu
  7. “Azərbaycan Kartoqraflar” İB sədri- Bayramov Müqabil Tofiq oğlu
  8. “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri- İsrafilov Zurab Sabir oğlu
  9. “Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri - Dostiyari Emin Nadir oğlu
  10. “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü- Abiyev Yusif Tahir oğlu
  11. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri- Ağababayeva Tükəzban Nahin qızı
  12. “Qırmızı ürəklər” Fondu vitse-prezident- Poladov Yusif Canəli oğlu
  13. “Gənclərin tərəqqisinə dəstək” İB üzvü- Kərimli Kənan İnqilab oğlu

Qeyd edək ki, seçki prosesinə 2023-cü ilin noyabr ayının 15-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.

Xatırladaq ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA