...Vaxtilə kimsə, daha doğrusu, hansısa məmur hansısa tənqidi yazıya görə Mətbuat Şurasına şikayət edirdisə, deyirdim: "Məhkəmələrdən bir təhər canımızı qurtara bilirik, amma Mətbuat Şurasından canımızı qurtarmaq çox çətindir, çünki..." Səbəb bu idi ki, MŞ məsələn, məmurların könlü xoş olsun deyə, kiməsə hətta xəbərdarlıq edirdisə, dəfn edilmiş KİVDF-nin indi həbsdə olan craçı direktoru Vüqar Səfərlinin bazarı başlayırdı ki, MŞ kimə xəbərdarlıq edibsə, o, 1 il ərzində jurnalist müsabiqələrində iştirak edə bilməz, hansısa KİV tədbirinə dəvət oluna bilməz, layihə verə bilməz... Yəni, get yıxıl öl! İctimai təşkilat olan MŞ-ın bir xəbərdarlığı KİVDF üçün qanun kimi tətbiq edilən idi...
***
Nə isə Allah böyükdür, 30 ilimizi ermənilər, 10 ilimizi də artıq dəfn edilmiş KİVDF aldı... Gəlirəm mətləbə: hamı cərimə edir: vergi o yandan, DYP bu yandan, BNA o biri yandan, DCMF bu yandan... Bu camaat yazıq deyil? Cızığı çəkib deyirlər ki, kənara çıxma...
Tanınmış ekspert Ərşad Hüseynov cərimələrlə bağlı maraqlı təklif irəli sürüb:
-Düşünürəm ki, dövlətin cərimələrə yanaşması dayişməlidir. Hazırda mövcud olan və yayılmaqda davam edən təcrübəyə əsasən, bəzi dövlət qurumları tətbiq etdikləri inzibati cərimələrdən daxil olan vəsaitlərin bir hissəsinə özləri sərəncam verirlər. Onların işçilərinin əmək haqqına əhəmiyyətli əlavələr edilir, hətta bəzi qurumlar az qala cərimələr hesabına maliyyələşir. Belə yanaşma doğru deyil, çünki həmin dövlət qurumu və onun ayrı-ayrı əməkdaşları daimi olaraq həm cərimə məbləğlərinin, həm də cərimə tətbiqi hallarının artmasına çalışırlar. Bu isə cərimənin əsas funksiyasının – çəkindirmə funksiyasının itməsinə gətirir. Çoxlu cərimələr tətbiq edilsə də, həmin sahədə intizamsızlıq, hüquq pozuntuları artır.
Vətəndaşların, sahibkarların və şirkətlərin dövlətə ödədikləri vəsaitlər əsasən 3 formadadır: vergilər, rüsumlar və cərimələr. Bunlardan ilk ikisi pozitiv ödəmələrdir. Yəni çox qazan, çox vergi ver, yaxud çoxlu dövlət xidmətlərindən (alqı-satqının təsdiqi, idxal-ixrac və s.) istifadə et, çoxlu rüsum ödə. Amma üçüncü neqativdir, ona yanaşma tam başqa olmalıdır. Cərimə konkret hüquq pozuntusuna görə sanksiyadır. Burada siyasət tam əksinə olmalıdır: qanunu pozma, intizamlı ol, cərimə ödəmə. Yəni dövlətə və cəmiyyətə lazım olan ödəniləcək cərimələr yox, yüksək nizam-intizam, kütləvi hüquqauyğun davranışdır. Bu səbəbdən əsas hədəf hüquq pozuntularının səblərini və zəminini aradan qaldırmaq, kütləvi nizam-intizamı, hüquqauyğun davranışı maksimum təmin etmək olmalıdır.
Nizam-intizam yaradılmasında cəriməsiz keçinmək mümkün deyil. Lakin cərimə hədəf, məqsəd yox, nizam-intizam yaratmaq üsulu olmalıdır. Tətbiq edilən cərimələr də tam olaraq dövlət büdcəsinə daxil olmalı, ayrı-ayrı qurumlara hər hansı faiz verilmədən əsasən nizam-intizam yaradılmasına, başqa faydalı işlərə yönəldilməlidir. Qısası, dövlət qurumunun və onun əməkdaşının cərimədə bilavasitə marağı olmamlıdır.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA