Eurostat: Avrozonada illik inflyasiya yanvarda rekord həddə - 5,1%-ə yüksəlib.

 İlkin hesablamalara görə, yanvarda avrozonanın 19 ölkəsində illik inflyasiya, bir ay əvvəlki 5%-dən 5,1%-ə yüksəlib. Bu barədə Avropa Statistika Agentliyinin (Eurostat) məlumatında deyilir.

DailyFX portalının sorğusuna qatılan analitiklər, əksinə, inflyasiyanın 4,4%-ə qədər azalacağını gözləyirdilər. Göstərici avrozonanın bütün mövcudluğu üçün rekorda çevrildi (1999-cu il yanvarın 1-də formalaşıb).

Qeyd edək ki, bir il əvvəl avrozonada 0,9% inflyasiya qeydə alınmışdı.

İlkin hesablamalara görə, avrozonada, təkcə bu ilin yanvarında istehlak qiymətləri 0,3% artıb.

Eyni zamanda, illik baza inflyasiya bir ay əvvəlki 2,6%-dən 2,3%-ə qədər azalıb. Analitiklər bu rəqəmin 1,9% olacağını gözləyirdilər.

Qeyd edək ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanda orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur.

İnflyasiya səviyyəsinin 2022-ci ilin sonunda hədəf diapazonunun yuxarı həddinə, 2023-cü ildə isə hədəf diapazonunun mərkəzinə yaxınlaşacağı gözlənilir. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, baza proqnoza görə, 2022-ci ildə illik inflyasiyanın 6,6-7,1 faiz intervalında olacağı gözlənilir. 2022-ci ildə inflyasiyanın əvvəlki illə müqayisədə azalacağının proqnozlaşdırılması əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı, eləcə də monetar şəraitin sərtləşməsinin gözlənilən effektləri ilə izah edilir. Digər şərtlərin sabit qalması və mövcud meyllərin davam etməsi halında 2023-cü ilin I rübündən sonra inflyasiyanın hədəf diapazonuna daxil olacağı proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondunun yanvar ayında açıqladığı son hesabata görə, 2022-ci ildə qlobal iqtisadiyyatın 4,4 faiz artacağı gözlənilir ki, bu da daha öncəki proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA