Hər kəs əlindən gələni etməlidir ki, bu elmi-tədqiqat müəssisəsində mövcud narahatlıqlar aradan qaldırılsın…

«Təzadlar»ın ötən saylarında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş verənlərlə bağlı müəllif yazısı dərc edilmişdi. Yazıdan sonra institutun rəhbərliyi, eləcə də Professor, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, həmçinin institutun icraçı direktoru Yasin Rüstəmov adı çəkilən məqalə ilə bağlı sərt etirazlarını bildirdilər, sonra onların mövqeyi dərc olundu. Hansı ki, rəhbərlik yazının müəllifi Fəxrəddin Ağazadəni xüsusi ittiham qaydasında (Az. Resp. CM-nin 147-148-ci maddələri ilə) məhkəməyə vermək istəyirdi. Redaksiya rəhbərliyi bunun baş verməməsi üçün əlindən gələni etmiş oldu.

***

Beləliklə, sonuncu dəfə institutun direktoru Əlövsət Quliyevin təkzib xarakterli açıqlamasında   “...Haqqımda dərc olunan qərəzli yazını oxudum və bütün bunların haradan qaynaqlandığını da anladım...”, -deyilərək belə bir fikri  səsləndirilmişdi: «…Lakin məsələ bununla da bitmədi. Mənə müxtəlif yollarla təzyiqlər edilməyə başlandı. Bu dəfə ətrafımda olan insanlar mənə media vasitəsilə qarayaxma kampaniyasına başladılar. Çox keçmədi ki, həmin yazının müəllifini tapdım. Və məlum olurdu ki, yazını redaksiyaya təqdim edən Fəxrəddin Ağazadə institutda çalışan Professor Amin Babayevin verdiyi saxta məlumatlara əsaslanaraq bu yazını yazıb. Məqalə çap olunandan sonra isə Fəxrəddin Ağazadəni məhkəməyə vermək istədik, qəzet rəhbərliyinin məsləhəti ilə humanistlik edərək bunu etmədik, müəllif aldadıldığını başa düşərək həm məndən, həm də “Təzadlar” qəzetinə müraciət edərək səhvini səmimi etiraf etdi, təkzib verdi... Düşünürəm ki, bunlar yolverilməz hallardır. Kollektivin maraqlarını hansısa şəxsi intriqalara qurban vermək bağışlanılmaz günahdır. Bu, elmə və ictimai maraqlara zərbə vurmaqdır”.

 Bu yazının ardından isə adı çəkilən professor Amin Babayev redaksiyaya geniş açıqlama göndərdi. Lakin məlum olurdu ki, o, artıq bu və ya digər məsələlərlə bağlı Baş Prokurorluğa müraciət göndərib. Redaksiya təhqiqat və ya istintaq sirrini yaymama prinsiplərini əsas tutaraq professor Amin Babayevin həmin müraciətini dərc etməyi peşə etikasına zidd hesab etdi, professorun  redaksiyaya zənglərində də ona səmimi izahlarımız olmuşdur. Bununla belə, A.Babayevin israrlı xahişi ilə onun redaksiyanın elektron poçtuna göndərdiyi fikrini barış və bir daha qalmaqallara yol açılmaması naminə təqdim etməli olduq.

Beləliklə, media prinsiplərini rəhbər tutaraq yazıda adı keçən professor Amin Babayevin bir cümləlik bu fikrini olduğu kimi oxucuların diqqətinə çatdırırıq: «… Mən professor Amin Babayev, institutun direktoru Əlövsət Quliyevin qəzetinizə açıqlamasında haqqımda söylədiyi iddialarını qəbul etmirəm və bunlar tamamilə əsassızdır…».

Sevinc Muradxanlı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA