Bundan sonra heyvandarlıqla məşğul olanların yun satma problemi olmayacaq, çünki AQTA çarəsini tapıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Avropa Birliyi ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığın  genişləndirilməsi və ölkəmizin baytarlıq nəzarəti sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Birgə fəaliyyətlər zamanı əldə olunmuş qarşılıqlı etimadın nəticəsi olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində  tanınmağa başlanmışdır.

Ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur. Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılmış, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilmişdir. Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır. Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.

Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələri ilə ((012) 565-12-72, daxili (224), (229))  Agentliyə  müraciət  edə bilərlər.

 

Qeyd edək ki, Statistika Komitəsinin Məlumatına görə, 2021-ci ildə ölkə üzrə 7 483, 8 min baş qoyun mövcud olub. Bu rəqəm elə də sevindirici deyil, çünki əvvəlki illərlə müqayisədə heyvanların sayında azalma müşahidə olunur. Məsələn, 2016-cı ildə bu rəqəm 8 025,6 min idisə, sonrakı illərdə - 2017-ci ildə 7 966,5 min, 2018-ci ildə 7 821,0 min, 2019-cu ildə 7 681,7 min, 2020-ci ildə 7 575,4 min baş olub...

Göründüyü kimi, Azərbaycanın qoyunçuluq təsərrüfatında dinamika azalan xətt üzrə davam edir. Hesablamalara görə, hər ana qoyundan orta hesabla 2,4 - 2,8, qoçlardan isə 3,5-4,0 kiloqram yun əldə etmək olur.

Heç kəsə sirr deyil ki, rayonlarda yuyulmamış qoyun yunu çox ucuz qiymətə satılır, bəzən sahibkarlar alıcı da tapa bilmirlər. Yəqin ki, Avropa Birliyinə yun ixracı baş tutduqdan sonra, bu sahəyə maraq daha da artar və qoyunçuluq daha sürətlə inkişaf etdirilər.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA