Nazirliyin açıqlaması aləmi bir –birinə qatdı...

Qazaxıstan KİV-nin məlumatına görə, ölkənin bir çox şəhərlərində insanlar piştaxtalardakı  şəkəri -qəndi  “süpürüb ” aparırlar...

Sosial şəbəkələrdə, youtube-də paylaşılan videogörüntülərdən məlum olur ki, Qazaxıstanın müxtəlif şəhərlərindəki mağazalarda böyük izdiham yaşanır, hətta qəndə –şəkərə görə dava edənlər də var .

"Karaqanda vilayətinin ticarət evlərində təlaş var. Rəflərdə qənd yoxdur, hətta rafinə edilmiş qənd də artıq tükənmək üzrədir."

Bu barədə  “Patriot” Telegram kanalında qeyd edilib.

Baş verənlərdən mat qalan supermarketlər şəbəkəsinin rəhbərliyi kanala bildirib ki, səhər tezdən rəflərdəki şəkər tozu bir saat ərzində “süpürülüb” aparılıb.

“ Anbarda şəkər var, ona görə də əhalini süni həyəcan yaratmamağa çağırırıq”, - deyə bildirilib.

Qazaxıstan KİV-nin məlumatına görə, Kokşetauda supermarketlərdən birindəki şəkər növbəsi zamanı, hətta alıcılar az qala dava salıblar. Bildirilir ki, Nur-Sultanda hipermarketlərdən birində hansısa anda şəkər, ümumiyyətlə qurtarıb.  Digər mağazada isə insanlar bir anda bir neçə kiloqram şəkər paketləri götürməyə başlayıblar, baş verənlərə görə satıcılar məhsulun buraxılmasını məhdudlaşdırmaq məcburiyyətində qalıblar.

Petropavlovskda şənbə günü günortadan sonra bir çox mağazada yalnız boş rəflər qalıb. Həmçinin şəkərin kiloqramı 420 təngəyədək (Azərbaycan manatı ilə 1 manat 36 qəpik)  bahalaşıb.

Bu arada xatırladaım ki, hazırda Azərbaycanda satılan şəkər tozunun kiloqramı 1manat 33 qəpik təşkil edir və görünür ki, baş verən ajiotajadək Qazaxıstanda bu məhsulun qiyməti indi təklif edilən qiymətdən ucuz olub (boş piştaxtalarda 372 təngə qeyd edilib)...

Qeyd edilir ki, Pavlodarda da süni ajiotaj yaranıb. Hətta satış məntəqələrinin birində qənd 4,5 kq-lıq hissələrlə satılıb.

"Deyəsən, insanlar dəli olublar. Şəkər çoxdur, amma biz satışı məhdudlaşdırdıq ki, hamısını almasınlar",- deyə mağazalardan birinin satıcısı izah edib.

 Uralsk sakinləri də bildiriblər ki, mağazalardan şəkər araba və kisələrlə alınır.

 Akmola vilayətinin Sahibkarlıq Departamentindən KİV-ə bildirilib ki,  “Taraz Şəkər Zavodu” MMC-nin istehsal etdiyi şəkər tozu topdansatış qiymətinə  - 1 kiloqramı 390 tengədən satılır, həmçinin topdansatış anbarlarında və pərakəndə ticarət müəssisələrində də kifayət qədər şəkər və digər məhsullar mövcuddur və ehtiyatların doldurulması da hazırkı rejimdə aparılır.

Departamentdən  vətəndaşlara təxribat xarakterli mesajlara uymamağı, ajiotaj yaratmamağı xahiş ediblər. Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi də rəsmi Facebook səhifəsində ölkədə şəkər qıtlığının olmadığını əmin edib.

"Bu gün ölkədə bu sosial əhəmiyyətli ərzaq məhsulunun qıtlığı müşahidə olunmur. Eyni zamanda, xam şəkərdən şəkər istehsalı və idxalı da davam etdirilir. Ölkədə mövcud olan ehtiyatlar mütəmadi olaraq doldurulur. Yəni, üç aydan sonra ehtiyatların tükənəcəyi və şəkər qıtlığı yaranacağı barədə məlumatlar doğru deyil. Bundan başqa, digər ölkələrdən də idxal ehtimalı var. Ona görə də lütfən, panikaya düşməyin", - deyə  qurumdan bildirilib.

 Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın ölkədən şəkər ixracına qadağa qoymağı planlaşdırdığı məlum olub. Dünən isə Qazaxıstanın Ticarət Nazirliyi ölkədəki ehtiyatlarının üç aya kifayət edəcəyini açıqlayıb və bu da əhali arasında ajiotaja səbəb olub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra Qərb, Avropa dövlətləri Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq ediblər və bu sanksiyaların davamı gəlməkdədir. Və Rusiya hökuməti əhalisinin ərzaq qıtlığı çəkməməsi, bahalaşmanın qarşısını almaq üçün bir çox ərzaq məhsulunun ixracına qadağa qoyub.

Qeyd edək ki, Azərbaycan özü şəkər ixracatçısı olduğu üçün belə bir problemin (ümumiyyətlə, digər ərzaq məhsulları ilə də bağlı) ölkəmiz üçün aidiyyatı yoxdur.

Xatırladaq ki, təkcə ötən ilin   yanvar-iyul aylarında Azərbaycan 20,804 mln. ABŞ dolları dəyərində 40 134,48 ton şəkər ixrac edib.

Və bu da ixrac olunan şəkərin həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 76,2%, dəyəri isə 2,2 dəfə artıq olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA