Qazaxıstanda həftə ərzində kələm - 11%, soğan - 9,3%, şəkər - 6,3%,  kartof - 4,7%,  yerkökü - 3,3%, toyuq yumurtası - 1,7% bahalaşıb.

Ötən gün Qazaxıstanın Baş naziri Əlixan Smailovun sədrliyi ilə, dövlət başçısının tapşırıqlarının və Qazaxıstan Respublikasında sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üzrə operativ tədbirlər Planının icrası ilə bağlı növbəti müşavirə keçirilib.

Kazpravda bu barədə Qazaxıstan baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qazaxıstanda ötən həftə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətlərində 1,7% artım qeydə alınıb. İlin əvvəlindən isə qiymət artımı 9,9% təşkil edib.

Ən çox qiymətlər həftə ərzində bahalaşıb: kələm - 11%, soğan - 9,3%, şəkər - 6,3%, kartof - 4,7%, yerkökü - 3,3%, toyuq yumurtası - 1,7%.

Həftə ərzində qiymətlərin maksimum orta artımı Almatı şəhəri və Qaraqanda vilayətində 3,5%, Türküstan vilayətində - 2,5%, Jambıl vilayətində - 2,2%  qeydə alınıb.

Monitorinq qruplarının hesabatlarına görə, Qazaxıstanda sahibkarların sosial əhəmiyyətli ərzaq məhsullarının (SƏƏM)  icazə verilən 15% pərakəndə satış qiymətinə riayət etmələri üzrə yoxlamalar aparıb.

Bir həftə ərzində ölkə üzrə aparılan yoxlamalar nəticəsində 749 qanun pozuntusu - sosial əhəmiyyətli ərzaq məhsullarının pərakəndə satış normasının yol verilən normadan artıq olması faktı aşkarlanıb. SƏƏM-da ticarət qiymətlərinin artıqlığı şəkər üçün ən yüksəkdir - 40% -ə qədər, günəbaxan yağı - 35% -ə qədər, tərəvəzlər - 25%.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə sosial əhəmiyyətli ərzaq məhsullarının kifayət qədər, təxminən 1,1 milyon tonadək  ehtiyatı formalaşıb.

Qeyd edilib ki, xüsusilə, kartof ehtiyatı 380 min ton təşkil edir - erkən yığım proqnozu isə 170 min tondan artıqdır. Anbarda 32 min ton kələm var. Şəkər ehtiyatları bu gün 34,5 min tondur  (ölkənin orta illik tələbatı, təqribən 44 min tondur), üstəlik sonrakı emal üçün 30 min ton xam şəkəri də var.

Baş nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi sosial əhəmiyyətli ərzaq məhsullarının  ehtiyatlarının bölüşdürülməsi ilə bağlı koordinasiyanı gücləndirməlidir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA