" Vəhşicəsinə öldürülən 8 min 372 qardaşımızın yaraları hələ də qəlbimizdə qanamaqda davam edir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə millət konqres və mədəniyət mərkəzində tәşkil edilәn  Türkiyə Gənclərinin toplantısında çıxış edib.

Çıxışında Srebrenitsa soyqırımının 26-cı ildönümü münasibәtilә tәşkil edilәn anım mәrasiminә  toxunan Türkiyә prezidenti deyib: ‘‘Srebrenitsa soyqırımında şәhid olmuş bosniyalı qardaşlarımıza rәhmәt dilәyirәm. Srabrenitsada, Avropanın mәrkәzindә, Birlәşmiş Millәtlәr Tәşkilatının gözü qarşısında törәdilәn bu qırğın insanlıq tarixinә qara lәkә kimi düşüb. Vəhşicəsinə öldürülən 8 min 372 qardaşımızın yaraları hələ də qəlbimizdə qanamaqda davam edir. Aşkar olunan hər kütləvi məzarlıq ağrılarımızı yeniləyir. Bu qəbirlər bizə soyqırımı unutmamağımız üçün məsuliyyətimizi xatırladır. Bunu bir daha oxşar ağrıları yaşamamağımız və Qərbin soyqırım reallığı ilə qarşılaşması üçün etməliyik. Bu hadisə Avropadan Kanadaya qədər hər imkan düşəndə insan hüquqları, demokratiya və azadlıq barədə bizə məsləhət verənlərin tarixindəki utancverici ləkələri, bir-bir üzə çıxarır’’.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA