BASTİLİYANIN ALINMASI(1789)

14 iyul Fransa xalqının milli bayramı – Bastiliya qalasının alınması günüdür. 1789-cu ilin bu günü üsyana qalxmış Paris əhalisi qarşısıalınmaz hücumla Burbon kral sülaləsinin həbsxanaya çevirdiyi və kral tiraniyasının rəmzi kimi tanınan Bastiliyanı ələ keçirib və zindan-qaladakı siyasi məhbusları azad edib. Bu hadisə Fransa və Avropanın sonrakı tarixinə güclü təsir göstərdi. Məhz Bastiliyanın alınmasından sonra Böyük Fransa inqilabının pöhrələri üzə çıxıb. “Azadlıq, bərabərlik, qardaşlıq” şüarı isə bütövlükdə dünyanın müxtəlif yerlərində baş verən inqilabların əsas ideologiyasına çevrilib. Bayram haqqında qərar 1880-ci il iyulun 6-da qəbul olunub.

 HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA İLK RƏHBƏRLİYİ

(1969)

 Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Məhz bu hadisədən sonra cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanıb. Ümumiyyətlə, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci ilə qədər Sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

 ZƏFƏR QULİYEV

(1951-2015)

 Tanınmış siyasi ekspert, analitik, publisist və politoloq Zəfər Hüseyn oğlu Quliyev 1951-ci il iyulun 14-də Gəncədə anadan olub. Azərbaycan Politexnik İnstitutunda və Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. 1971-1973-cü illərdə sovet ordusu sıralarında Gürcüstanda hərbi xidmət. İsmayıllıda bir neçə il rus dili və ədəbiyyatı müəllimi, raykom katibi işləyib. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, Bakı Ali Partiya Məktəbində dosent, institut qəzetinin baş redaktoru, “Turan” İnformasiya Agentliyinin ekspert qrupunun rəhbəri vəzifələrində çalışıb. Sonuncu iş yeri “Yeni Müsavat” media qrupuna daxil olan Minval.az rusdilli informasiya-analitik portalı olub. Zəfər Quliyev 29 yanvar 2015-ci ildə Tiflisdə vəfat edib və Bakıda dəfn olunub.

 TAHİR BAĞIROV

(1957-1992)

 Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistanın Türkmənbaşı şəhərində anadan olub. 1974-cü ildə Şirvan şəhərində 8-ci sinfi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnib. 1977-1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Azneft-1 İstehsalat Birliyinin nəqliyyat sexində işləyib. Azərbaycan Milli Ordusunun ilk könüllülərindən olub. Hərbi hissə komandirinin müavini, daha sonra Hərbi Hava Qüvvələrinin Mi-24 helikopterində bort atıcısı vəzifəsinə təyin olunub. Qarabağda keçirilən bir sıra hərbi əməliyyatlarda iştirak edib. Tahir Bağırov 1992-ci il oktyabrın 11-də gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 9 fevral 1993-cü il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şirvan şəhərində yaşadığı küçəyə və təhsil aldığı orta məktəbə adı verilib.

 BƏXTİYAR HÜSEYNOV

(1995-2016)

 Şəhid Bəxtiyar Rəfael oğlu Hüseynov 1995-ci ilin bu günü Goranboy rayonunun Qızılhacılı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Kiçik gizir Bəxtiyar Hüseynov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

RUSLAN ŞAHBAZOV

(1991-2020)

 Şəhid Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Ruslan Şahbazov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

 HARUN ALQAYEV

(1992-2020)

 Şəhid Harun Məhəmməd oğlu Alqayev 14 iyul 1992-ci ildə Balakən rayonunun Gərəkli kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Harun Alqayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub və Balakən Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 SƏRVAN ŞAHBAZOV

(1993-2020)

Şəhid Sərvan Əliməmməd oğlu Şahbazov 1993-cü ilin bu günü Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Sərvan Şahbazov noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi 7 yanvar 2021-ci ildə doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 TƏBRİZ CƏFƏROV

(1995-2020)

 Şəhid Təbriz İlqar oğlu Cəfərov 1995-ci il iyulun 14-də Bərdə rayonunda dünyaya göz açıb. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Təbriz Cəfərov sentyabrın 30-da şəhid olub. Uzun müddət sonra tapılan nəşi 2021-ci il aprelin 6-da Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

MURAD XƏLİLLİ

(1994-2020)

 Şəhid Murad Vəli oğlu Xəlilli 14 iyul 1994-cü ildə Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Murad Xəlilli oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 AĞAMİR AĞAYEV

(1996-2020)

Şəhid Ağamir Qüdrət oğlu Ağayev 1996-cı ilin bu günü Füzuli rayonunda anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ağamir Ağayev Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

DAVUD HACIYEV

(1998-2020)

 Şəhid Davud Novruz oğlu Hacıyev 1998-ci il iyulun 14-də Xaçmaz şəhərində anadan olub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Davud Hacıyev oktyabrın 9-da Füzuli döyüşləri zamanı yaralanıb, oktyabrın 17-də isə dünyasını dəyişib və Xaçmaz şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

RƏVAN ŞAHMURADOV

(1999-2020)

 Şəhid Rəvan Dilşad oğlu Şahmuradov 14 iyul 1999-cu ildə Xaçmaz rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəvan Şahmuradov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub və Xaçmaz rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

İSA İSMAYILZADƏ

(1941-1997)

Şair, tərcüməçi, publisist İsa İsmayılzadənin xatirə günüdür. O, 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" almanaxında və "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi ilk şeri ilə başlayıb. Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib. Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin Musiqili verilişləri baş redaksiyasında musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Şeir və poemaları bir sıra xarici dillərə tərcümə edilib. İsa İsmayılzadə 1997-ci ilin iyulunda vəfat edib.

 İXTİYAR QASIMOV

(1970-1992)

Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımovun anım günüdür. O, 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olub. 1977-1985-ci illərdə Salahlı kənd orta məktəbində təhsil alıb, daha sonra təhsilini Bakıda davam etdirib. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb. 1992-ci il iyulun 14-də ermənilərin Canyataq kəndinə hücumunun qarşısı alınarkən qəhrəmancasına həlak olub və Salahlı kənd qəbiristanlığında dəfn olunub. İxtiyar Qasımov Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

TOĞRUL MƏMMƏDOV

(1988-2016)

Şəhid Toğrul Səyyad oğlu Məmmədov da bu gün xatırlanır. O, 1988-ci il iyulun 26-da Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Burada kənd orta məktəbində, Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2009-cu ildə leytenant hərbi rütbəsi alıb, daha sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçib. Kapitan Toğrul Məmmədov 2016-cı il iyulun 14-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA