Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti Barak Hüseyn Obama 4 avqust 1961-ci ildə Havay adalarında anadan olub.

Qaradərili Barak Hüseyn Obama atası, ağdərili Stenli Enn Danhemdir anasıdır. Kolumbiya Universitetində təhsil alıb, 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayıb. 1991-ci ildə Harvard Hüquq Məktəbini bitirən Barak Obama həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır. Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs deyib. "Atamdan xatirələr" adlı xatirə kitabının müəllifidir. 1996-cı ildə İllinoys senatosuna, 2004-cü ildə isə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilib və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayıb. Barak Obama 2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olub və 2008-ci il noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək, ABŞ-ın 44-cü prezidenti seçilib. 20 yanvar 2017-ci ildə ABŞ prezidenti postunu Donald Trampa təhvil verib. Beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə “Nobel Sülh” mükafatına layiq görülüb. O, Mişel Obama ilə evlidir, iki qızı var.

 Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA