GORANBOYDA DEPUTAT KÖMƏKÇİSİ AT OYNADIR-SEÇİCİLƏR PREZİDENTƏ MÜRACİƏT ETDİ...

Goranboy rayonundan bir qrup şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə və digər dövlət qurumu rəhbərlərinə müraciət ünvanlayıb. Surəti “Təzadlar” qəzetinə göndərilən müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

Hörmətli Dövlət məmurları!

Bu müraciəti Sizə etməyimizin əsas səbəbi o, oldu ki, Milli Məclisin deputatı Eldəniz Səlimovun qanuna zidd olan hərəkətlərinə çox düzgün hüquqi qiymət verildi. Ancaq bu məsələ də araşdırılmalıdır ki, bu tip  adamlar hansı yollarla yüksək dövlət vəzifələrinə gətirilir. Bizi narahat edən əsas məsələ isə hal-hazırda Goranboy rayonundan deputat seçilmiş Anar Məmmədovun  köməkçisi işləyən Elçin Cahangirovun qanunsuz hərəkətlərinə yerli dövlət orqanlarının biganə qalmasıdır. Bir az ətraflı məlumat verək. Deputat köməkçisi işləyən Elçin Cahangirov kimdir? Goranboy rayonunun Bəşirli kəndində anadan olmuş, orta məktəbi güc bəla ilə bitirmiş və Azərbaycan Texnologiya Universitetinin "Yüngül sənaye" ixtisasına  qiyabi yolla düzəlmiş, oranı sürünə-sürünə bitirmiş   bir insandır. O, ali məktəbi qurtardıqdan sonra hərbi xidmətə getmək  əvəzinə Moskvaya alverə getdi. Moskvada xarici vətəndaşın əmlakını dələduzluqla ələ keçirərək, yenidən Azərbaycana qaçdı. Nə Elçin Cahangirov, nə də onun qardaşlarının heç biri Qarabağ döyüşlərində iştirak etməmişdir. Nə üçün? Bu suala aidiyyatı dövlət  orqanları cavab verməlidir. Ancaq bütün  bunlara baxmayaraq,  hansısa qara qüvvələrin əli ilə, heç bir elmi, siyasi biliyi olmadığı halda onu Goranboy rayonunun icra başçısına I müavin təyin etdirdilər (Bu məsələ çox vacib məsələdir, araşdırılmalıdır ki, belə bir adam bu vəzifəyə neçə təyin olundu?)”.

Müraciət müəllifləri əlavə olaraq bildirirlər ki, Goranboy rayonun sabiq icra  başçısı Nizaməddin Quliyevlə baş-başa verərək rayonda soyğunçuluğa başlayan E.Cahangirov külli miqdarda əmlaka sahib olub: “...O, insanlardan müxtəlif adlarla pul topladı. Məsələn, Dəliməmmədli şəhər sakini Malikli Arzu Əkbər oğlundan 14 min manat alaraq, onun oğluna iş verəcəyini demişdi. Ancaq Nizaməddin Quliyevin həbsindən sonra əsas rüşvət toplayan, rayon sakinləri ilə dövlət arasında inamsızlıq yaradan bu adam həbsdən qıraqda qaldı. Niyə? (Bu suala hüquq-mühafizə orqanlarının rəhbəri cavab  verməlidirlər).  Rayona yeni təyin olunmuş icra başçısı  Məhərrəm Quliyev onu tutduğu vəzifədən azad etdi. Ancaq müxtəlif yollardan istifadə edərək həbs olunmaqdan hələki canını qurtarıb.  O, sakinlərdən topladığı pulları geri qaytarmadı. Yenidən həmin qara qüvvələr onu rayonda başqa vəzifəyə gətirdilər. Yeni vəzifədə də köhnə ənənələrini davam  etdirdi. Hətta iş o, yerə çatdı ki, şəhidlərin dəfnində onlara olunan yardımlara da əl uzatdı. İcra başçısının sabiq I müavini Ceyhun Həsənov bu işin üstündə onu möhkəm döymüşdü də. İcra başçısı Məhərrəm Quliyev onu yeni vəzifəsindən də qovdu. Ancaq az bir müddətdən sonra həmin qara qüvvələr onu rayondan seçilmiş deputat Anar Məmmədova köməkçi təyin etdirdilər. Elçin Cahangirov  hər yerdə qeyd edir ki, mən dövlət məmuruyam, heç kəs mənə toxuna bilməz. Bu il də Elçin Cahangirov və qardaşı Ruhin Cahangirov  kənd  sakinlərindən taxıl biçinindən xeyli əvvəl onları aldadaraq “sizə biçin vaxtı ucuz qiymətə taxıl verəcəyəm” adı ilə Bəsirli kənd sakinləri Lalə Rəhimova, Dilarə və Natiq Məmmədovlardan, Xınalı kənd sakini Azərdən, Çaylı kənd sakinləri Mahir və  Nəsibdən xeyli miqdarda pul almışdır. Biçin qurtardıqdan sonra həmin adamların nə taxıllarını verdilər, nə də pullarını. Bu kənd sakinləri rayon polis şöbəsinə şikayət ediblər. Ancaq onların şikayəti cavabsız qalıb. İşi o, yerə çatdırıblar ki, Ruhin Cahangirov şikayətçiləri hədələyərək deyir ki, kim bizdən təkrar  şikayət etsə, onun maşınına, həyətinə, cibinə narkotik qoyaraq həbs etdirəcəyəm. Bizi maraqlandıran bir məsələ də odur ki, son vaxtlar “Narkotik” satışı ilə məşğul olan adamlar həbs olunurlar. Görəsən bunlara nə zaman bəsdir deyən tapılacaq.

Hörmətli cənab Prezident!

Sizdən artıq dərəcədə xahiş edirik, Elçin Cahangirovun kimliyinin, bir də onun etmiş olduğu cinayətlərinin dəqiq araşdırılıb tədbir görülməsinə tapşırıq verəsiniz.

Hörmətlə,

Goranboy  rayonu, şəhid ailələri adından

Musa Sabir oğlu Əliyev,

Elnur Akif oğlu Dadaşzadə,

Elşən Sabir oğlu Əliyev”.

Qeyd olunan şikayətlə bağlı millət vəkili Anar Məmmədovla əlaqə saxlamağa çalışırıq. Onun da məsələyə mövqeyini öyrənib təqdim edəcəyik.

Adı çəkilən şikayətçiləri isə redaksiyaya dəvət etmişik, ətraflı bəhs ediləcək.

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA