Bu gün 13 il əvvəl Rusiya qoşunları Gürcüstan üzərinə irəlilədi və iki ölkə arasında iki bölgədə şiddətli müharibə getdi.

Avropa və ABŞ bu hərəkətinə görə Rusiyanı qınasa da, Rusiya geri çəkilmədi. Saakaşvilinin prezidentliyi dövründə - 2008-ci ilin avqust ayında törənən müharibədən bu gün 13 il keçir.

Xatırladır ki, 2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürücüstanın 408 vətəndaşı həlak olub. Onların 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü dinc sakin olub, 2 232 nəfər isə yaralanıb. 26 min nəfər qaçqın vəziyyətinə düşüb. Beş günlük müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı, daha sonra hər iki bölgənin müstəqilliyini tanıması ilə başa çatıb. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni rəsmi olaraq işğal olunmuş ərazilər elan edib.

Hər iki dövlət arasında diplomatik əlaqələr isə tamamilə kəsilib. Gürcüstanın siyasi dairələri Rusiyanı işğalçı kimi tanıyır. Bununla belə, Gürcüstanın siyasi liderləri reallığı nəzərə alaraq hərdən Rusiya ilə danışıqlara hazır olduqlarını deyirlər. Lakin müxaliflər bunu rədd edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA