Dünyada solaxaylar günü ilk dəfə 13 avqust 1992-ci ildə həmin vaxtdan iki il əvvəl yaradılmış Britaniya Klubunun təşəbbüsü ilə qeyd edilib. Statistiklərin məlumatına görə, dünyada əhalinin təxminən 10% - i solaxaydır. Gündəlik həyatda onlar bir çox çətinliklərlə üzləşirlər. Sağəlli admların istifadə etdiyi əşyalar, məsələn yazı aksesuarları, kompüter siçanları, mətbəx avadanlığı, əl qəhvə dəyirmanı və s. kimi əşyalardan istifadə etmək solaxaylar üçün çətin olur.

Dünyada solaxay insanların 500 milyon nəfərdən çoxdur.

13 avqustda solaxayların ictimai təşkilatları müxtəlif tədbirlər və yarışmalar keçirir. Yarışmalarda sağ əldən istifadə edilməyən oyunlar təşkil edilir.

Rusiyada solaxay insanlara şübhə ilə yanaşırdılar. Onlara  məhkəmədə ifadə verməyi qadağan etmişdilər. Sovet məktəblərində isə solaxay uşaqları  məcburi qaydada sa əllə yazmağı öyrədirdilər ki,  bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərirdi. Psixoloqlar hesab edirlər ki,solaxay insanlar güclü xarakterə və güclü yaradıcı potensiala malik olurlar.

Bəs dünyada hansı məşhur insanlar solaxay olub?

İngilis kraliçası Yelizaveta, Napoleon, Uinston Çörçill, Yuli Sezar, Janna d ' Ark, Leonardo Da Vinçi, Aristotel, Nyuton, Mark Tven, Buonaroti Mikelanjelo, Volfqanq Amadey Motsart, Nikolo Paqanini, Robert Şuman, Lüdviq van Bethoven, I Pyotr, Çarli Çaplin, Merilin Monro, Cim Kerri, Pol Makkartni,

Rinqo, Tomqo, Tomtsi, Robert Şumanini, Brad Pitt, Kianu Rivz, Mikki Rurk, Silvester Stallone, Brüs Uillis, Dryu Berrimor, Vupi Qoldberq, Anjelina Coli, Nikol Kidman, Liza Kudrou, Demi Mur, Culian Mur, Olsen bacıları, Sara Jessika Parker, Culiya Roberts, Frans Kafka, Ceyms Kemeron, Devid Boui, Enriko Karuzo, Kurt Kobeyn, Fil Kollinz, Selin Dion, Rikki Martin, Corc Maykl, Sergey Raxmaninov, Corc Buş, Bill Klinton, Kraliça Viktoriya, şahzadə Uilyam.

Soltərəfli nəqliyyat tarixi solaxay olan Napoleonun adı ilə bağlıdır. Belə ki, Napoleon solaxay olduğundan ata çətinliklə minirmiş və o,süvarilərin soltərəfli hərkət etməsi qaydasını məhz buna görə qoyub.  

Bəzi alimlər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin də solaxaydır.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA