Bugün Filippində Sulu arxipelağı rayonunda, Xolo aeroportunda eniş zamanı qəzaya uğrayan “S-130” tipli hərbi nəqliyyat təyyarəsinin göyərtəsində 3 pilot və 5 heyət üzvü olmaqla, ümumilikdə 92 nəfər olub.

TASS agentliyinin verdiyi məlumata görə, bunu Filippin müdafiə naziri Delfin Lorenzana bildirib.

Müdafiə naziri qəza zamanı yaralanmış 40 nəfərin xilas edilərək hospitala yerləşdirildiyini, 17 nəfərin həyata itirdiyini, xilasetmə işlərinin davam etdiyini bildirib.

***

Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub.

Bu barədə Filippin mətbuatı ordudakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 85 nəfər olub.

***

Filippin Hərbi Qüvvələrinin təyyarəsi ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda yerə çırpılıb.

TASS agentliyinin verdiyi məlumata görə, bunu Filippin Silahlı Qüvvələrnin komandanı Sirilito Sobedcan bildirib.

Filippin Silahlı Qüvvələrinin komandanı xilasetmə əməliyyatının davam etdiyini, indiyə qədər 40 nəfərin xilas edildiyini açıqlayıb.

Təyyarənin göyərtəsində 85 nəfər olub.

***

Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.

“France-Presse” agentliyinin verdiyi məlumata görə, yanan təyyarədən 15 nəfər çıxmağı bacarıb.

Xilasedicilər hadisə yerinə cəlb olunub.

***

Filippində hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 85 hərbçi var.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA