Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasının sədri Volkan Bozkır

Türkmənistan, Özbəkistan, Qırğızıstandan sonra Orta Asiya səfərinin son dayanacağı olan Qazaxıstana gedib.

  Paytaxt Nur-Sultanda çıxışı zamanı V.Bozkır deyib: "Orta Asiyaya səfərimin səbəbi bu ölkələrin səslərini bütün dünyaya çatdırmaqdır.  Mən BMT Baş Assambleyasının sədri olmaqla yanaşı, bir Türkiyə vətəndaşıyam. Buralara gəlmək mənim üçün ayrı bir hissdir. Mən hər vaxt bunu söyləyirəm: bir türk BMT Baş Assambleyası sədri olmaq eyni zamanda həm də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsilçisi olmaq deməkdir. Mənim şəxsimdə bütün türk dünyası BMT-yə sədrlik edir.

  Orta Asiya ölkələri Əfqanıstanla bağlı narahatdır. Bu ölkədəki son proseslər sülh və sabitliyə kölgə salıb. Bölgə ölkələrinin bu məzmunda görüş və fikirləri mütləq bu problemin həlli üçün əhəmiyyətli olacaq.

  7 avqustda Orta Asiya Dövlət Başçıları Zirvə Toplantısının keçirilməsi əhəmiyyətlidir. Bu yığıncaqdan deyiləcək, veriləcək mesajlar birlikdə Əfqanıstan məsələsilə bağlı addımlar atmaq üçün mühüm mərhələ olacaq. Yəqin ki, Qazaxıstan bu mövzuda liderlik missiyasının öhdəsindən gələ biləcək”.

trt.tr

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA