Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və İrəvandan qarşılıqlı münasibət gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə İnterfaks yazır.

Prezident İlham Əliyevin sözlərinə görə, hazırda sülh məsələləri gündəmdədir və əgər Ermənistan münaqişəni həll etmək istəyirsə, o zaman bu baş verəcək. “Çünki bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Biz isə onların Azərbaycana qarşı ərazi iddialarının olmasını istəmirik”.

İ.Əliyev deyib ki, “Qarabağda, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar”.

Ona görə də onlar digər etnik azlıqlar kimi Azərbaycan vətəndaşı olub-olmamağı seçməlidirlər.

Azərbaycan Prezidenti qeyd edib ki, onlar Ermənistan vətəndaşı statusunda və ya tanınmamış Dağlıq Qarabağ Respublikası statusunda yaşaya bilməzlər. Əliyev hesab edir ki, bu yanaşma separatizmlə mübarizə aparan digər ölkələrdə də mövcuddur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA