Rəsmi Moskva ilə rəsmi Tbilisinin son davranışları dünyada müzakirə mövzusu olaraq qalır...

Elə buna sübut kimi, "Rusiyanın Gürcüstanla təmasları var və lazım gəldikdə cari məsələləri müzakirə etmək imkanı var",- deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Lavrov bildirib ki, Rusiyanın Gürcüstandakı İsveçrə səfirliyində maraq bölməsi mövcuddur: “Bizim Tbilisi ilə əlaqələrimiz var. İsveçrə səfirliyində maraq bölməmiz var. Diplomatlarımız orada işləyirlər, lazım gəldikdə cari məsələləri, ilk növbədə, ticarət, turizm, insanlar arasında birbaşa Gürcüstanın müvafiq qurumları ilə əlaqələri müzakirə etmək imkanı əldə edirlər”.
 Rusiya XİN başçısı Gürcüstanın “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platforması formatında iştirakının mümkünlüyünə də münasibət bildirib: “Tbilisi qərar verən kimi, onlar istədikləri vaxt gəlib öz kreslolarında əyləşə bilərlər. Onlar üçün kreslo hər zaman qalır. Onlar üçün qapı hər zaman açıqdır. O ki qaldı təmaslara, bizim Tbilisi ilə təmaslarımız var”, - deyə Lavrov qeyd edib.

Beləliklə, pərdənin arxasındakı qaranlıq məsələlərə artıq işıq salınmaqdadır... Təbii ki, Avropa gecikib, Rusiya gur işıq salma fanarına malikdir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN