Hələ də Gürcüstanda Azərbaycanın Qarabağ həqiqətlərini nağıl kimi qarşılayanlar var...
Axı uzun illər torpaqlarımızda yuva qurmuş ermənilərin ötən əsrin 90- cı illərindən "gəmidə oturub gəmiçi ilə dava" siyasəti torpaqlarımızın işğalı ilə nöqtələnmişdi... Azərbaycan isə 30 illik işğala cəmi 44 gündə sin qoydu. Təkcı işğala yox, həm də işğalçıları məzarlığa və həbsxanaya yola saldı ordumuz...
XXX
Beləcə, neçə ildir işğaldan azad edilmiş ərazilərimizə səfər edən səyyahlar, bu gün isə Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrupu gözlərinə inanmır ki, bura, məsələn, Şuşadır, Xankəndi şəhəridir... Tezadlar.az bildirir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin miqyasından heyrətə gəliblər. Səyahətçilər erməni işğalının nəticələrini canlı görə biliblər. Turistlər, həmçinin stadionu, Qarabağ Universitetini, eləcə də tarix və mədəniyyət abidələrini ziyarət ediblər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyahətçi gəlib. Onların səfərində məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır. Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Beləliklə, dünya yavaş- yavaş erməni harınlığının və terrorçuluğunun mahiyyətini dərk etməkdədur.
A.Məmmədli