Məlum olduğu kimi, 2021-ci ilin sonunadək Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyinin açılması planlaşdırılır.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bu barədə bildirib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Azərbaycanda daimi əsasda fəaliyyət göstərəcək və bir sıra səlahiyyətlərə malik olacaq. Bəs görəsən, Rusiya ilə ticari dövriyyəmizdə yeni nümayəndəliyin ölkəmizdə açılmasının nə kimi əhəmiyyəti olacaq?

Bu barədə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yeni nümayəndəliyin ölkəmiz üçün müsbət töhfə verəcəyini deyib: “Azərbaycan mütəmadi olaraq Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edir və gömrük postlarında müəyyən problemlər də yaranır. Sonradan dövlət qurumları qarışır və müəyyən dialoqlar aparılır. İndi ölkəmizdə Rusiyanın bu sahə üzrə nümayəndəliyinin açılması müsbət haldır. Bu, həm də iqtisadi əlaqələrin genişlənməsi üçün əhəmiyyət kəsb edə bilər. Daha çox kənd təsərrüfatı məhsullarının ixracı üçün şərait yarada bilər və bunun müsbət tərəflərinin olacağı istisna olunmur”.

Deputat əlavə edib ki, onsuz da meyvə-tərəvəz ixracı zamanı çətinliklər yaranır ki, bunları yerində həll etmək mümkün olacaq: “Bəzən Rusiya özlərinin daxili bazarını qorumaq üçün Azərbaycanda ixrac olunan meyvə-tərəvəzdə müəyyən xəstəliklərin olduğunu deyirlər. Bunlar da bir təzyiq kimi istifadə olunur. Amma Azərbaycandakı nümayəndəliyin fəaliyyəti ilə bu halların da aradan qaldırılacağı təxmin edilir. Yəni məsələ birbaşa burada həllini tapacaq”.

Onu da qeyd edək ki, hazırda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəlikləri 10 ölkədə fəaliyyət göstərir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA