Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın mənzilində axtarışlar aparılıb. Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazırdı ki, Tonoyan çox güman ki, saxlanılaraq ittiham olunacaq...  Bir saat keçmiş keçmiş nazir həbs edilib...

Qəzetin yazdığına görə, eyni zamanda Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuş ordunun aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Galstyanın evlərində də axtarışlar keçirilib. Nəşrin mənbələri bildirib ki, bundan sonra Ermənistanın keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun və sabiq müdafiə naziri Seyran Ohanyanın evlərində də axtarışlar olacaq. Ehtimal olunur ki, bu silah tədarükü ilə bağlı cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Ermənistan mətbuatı xəbər verir ki, o, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur. MTX-nin məlumatından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə aşağı qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.

İstifadə müddəti bitdiyinə görə sursat qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Aviasiya idarəsinin rəisi bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsilə bu raketləri bazar qiymətindən baha qiymətə - 1 100 ABŞ dollarına hərbi şöbəyə satıb.

Ordunun zəruri ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dolları məbləğində müqavilə imzalayaraq ərizə təqdim edib.

*** 

Erməni KİV-ləri aydın olaraq yazır ki, növbədə Ohanyandır. O, 1-ci Qarabaö müharibəsində hərbi cinayətlərin-silah alveri və s. kimi cinayətlərin birbaşa müəllifidir. 

Onu da qeyd edək ki, Ohanyan Xocalının işğalında birbaşa iştirak etmiş cinayətkardır. Onunla yanaşı sabiq prezident Serj Sarkisyan və Koçaryan da əli qana batmış cinayətkarlardır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA