ABŞ prezidenti Co Baydenin səfəri günü Varşavada yüz minlərlə insan mitinq keçirmək üçün küçələrə axışıb...

Tezadlar.az Polşa mediasına istinadla bildirir ki, mitinq “Söz verməyi dayandır, fəaliyyətə başla!” ("Bəsdir söz, hərəkətə başla!") kimi şüarlarla dalğalanıb. Ukraynanın sığınacaq verdiyi bir neçə min ukraynalı isə Mədəniyyət və Elm Sarayının qarşısında toplaşıb. Rusiyanın darmadağın etdiyi şəhərlərdən gələn insanlar plakatları və bayraqları ABŞ və NATO üzvü olan ölkələrdən Rusiya ilə müharibədə Ukraynaya təcili dəstək tələb ediblər. Şüarlarda Ukraynanın səmasını qorumaq üçün lazım olan silahlarla, xüsusən də hava və raketdən müdafiə vasitələri ilə təmin etmək üçün kömək istənilib.

Həmçinin aksiya zamanı iştirakçılar Rusiyanın Ukraynaya qarşı müharibəsində Mariupol, Xarkov, Çerniqov, Buça, İrpen və ölkənin digər şəhərlərində həlak olanların xatirəsini ehtiramla yad ediblər.Aksiya zamanı simvolik tamaşa keçirilib: aksiya iştirakçıları yerə uzanaraq gödəkçə və çantalarla üzərlərini örtüblər.
Ölən insanların cəsədlərinin basdırılması mümkün olmayan Ukrayna şəhərlərinin küçələri isə dəhşətli görünür. Daim atəş altında olan ərazilərdə dəfn belə mümkünsüzdür...

A.Məmmədli

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA