...Rusiya Ukraynaya işğalçı həmləsində itirdiklərinin acığını yenidən Azərbaycandan çıxmaqmı istəyir? Sözümün mənası var: Ukraynada 6 generalını itirən Rusiya Müdafiə Nazirliyi bu gün erməni niyyətli bir bəyanat yayıb. Hamparsumun dəsti-xəttindən çıxan bəyanat mediada paylaşılıb. Tanınmış hüquq müdafiəçisi və QHT rəhbəri Osman Gündüz bu sərsəm bəyanata maraqlı mövqe sərgiləyib. "Təzadlar" olaraq olduğu kimi təqdim edirik:
-...Rusiya bütün cəbhələrdə vuruşur. Bütün resurslarını işə salıb. Ukraynada işğalçılığı davam etdirir, Kurildə hərbi təlimlərə başlayıb, Polşa və Baltikyanı ölkələri hədələyir. Baxmayaraq ki, hərbi, texnoloji və iqtisadi sahədə ciddi problemlərlə üzləşib, yenə də ənənələrini davam etdirməkdədir. İndi də lap irəli gedərək, öz müttəfiqinə, Azərbaycana qarşı Rusiya Müdafiə Nazirliyi səviyyəsində hədə-qorxu gəlib. Bu onun göstəricisidir ki, Rusiya üçün maraqlar daha öndədir, nəinki müttəfiqlik. Rusiya MN-nin açıqlamasında Azərbaycan ordusunun Fərrux kəndi istiqamətində mövqelərini möhkəmləndirmələrindən narahatlığı ifadə edilib və qoşunlarımızın çıxarılması vurğulanıb. Bu qurumun açıqlamalarında yenidən "Dağlıq Qarabağ" və "Dağlıq Qarabağ Respublikası" ifadələri işlədilib. Bu hallar əvvəllər də bir neçə dəfə təkrar olunub. Rusiya MN "Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələrin məsuliyyət zonasına daxil olduğunu, dronlarla DQ silahlı birləşmələrinə zərbə endirdiyini" açıqlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı Rusiyanın bu cür təhdidləri, Azərbaycan ərazisində olan silahlı qruplaşmaları və separatçıları himayə etməsi müttəfiqliklə bir araya sığmır və qəbuledilməzdir. Düşünürəm ki, Azərbaycan indiyədək qəbul edilən sənədlərin tələblərinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə əməl olunmasını tələb etməli və heç bir halda atdığı addımlardan, tutduğu mövqelərgən geri çəkilməməlidir.
P.S. Düşünürəm ki, Azərbaycana qarşı sərgilənən ədalətsiz və təhdid dolu münasibətlər və son zamanlar beynəlxalq aləmdə Rusiya ilə bağlı formalaşan mənfi mühit Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə də yenidən baxılması zərurətini yaradıb...
*** 
Bəli, Rusiya MN Qarabağı, sanki öz ərazisi bilir və ermənipərəst niyyətindən geri qalmır. Türkiyə bu məsələdə sözünü deməlidir...
Asif Mərzili
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA