Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Kəlbəcər rayonunda olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə səfəri davam edir.

Müdafiə Nazirliyininin rəsmi internet saytına istinadən bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib.

Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi şərait yaradılıb.

Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, nazir döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

E.ŞİRİNOV

Pin It

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Pin It

 

 RT-in verdiyi xəbərə görə, BMT Baş Katibinin nümayəndəsi Stefan Dujarrik Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun COVID-19-a qarşı üçüncü doza peyvəndlərə müvəqqəti moratorium tətbiq etmək çağırışını şərh etməkdən imtina edib.

Pin It

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Pin It

İsaxan VƏLIYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA